Ana olmağın mənası...

Yuxusuz geçələr, bəzən aclıq-susuzluğunu unutmaq, bəzən isə qəfildən aynaya baxınca özündən qorxmaqdır Аnalıq. Anaların həyatı gözləməklə keçir… Dünyaya gəlişini, üzünü ilk görüşünü, ilk gülümsəməsini, ilk kəliməsini, ilk addımını, bağça, məktəb, universiteti… gözləməklə yaşlandığının fərqinə belə varmır Analar...

Ana olmaq sadəcə dünyaya uşaq gətirmək deyil, içində mərhəmət, sevgi hissi olan hər qadın Anadır. Yalnız öz övladını deyil, yanında olan hər uşağa sevgi ilə baxmaqdır Analıq. Analar bu dünyadan köçsələr belə körpəsini buraxmaz, analar öz balasını əsla buraxıb gedməz, gedə bilməz… Onlar bizim mələk bildiklərimizdir.
Allah dünyasını dəyişsə də, hər zaman yanımızda olan hər Anamıza rəhmət eləsin.

Dünyaya sevgi və mərhəmət hissi ilə gələn hər bir qadını Analar!

Analar günü münasibətilə koksündə ana məhəbbəti daşıyan bütün Qadınları təbrik edirəm!

Allahım yaşlanınca övladlarımızın yolunu gözlətməsin deyirəm.

Qadın olduğum üçün fəxr edirəm! Mənə Ana olmaq məktəbində müəllimim Anamın ruhu önündə baş əydiyim.
Bayramınız mübarək Analar!

Gün El.

Xudaferin.eu

10:36