Argentina-Azərbaycan əlaqələrinin dərinləşdirilməsi üçün geniş imkanlar mövcuddur

Argentina ilə Azərbaycan arasında əlaqələrin daha da dərinləşdirilməsi üçün geniş imkanlar mövcuddur.

 

Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, bunu Argentinadakı səfirliyimiz tərəfindən Azərbaycanın Müstəqillik Gününün və iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə paytaxt Buenos-Ayres şəhərində keçirilən rəsmi qəbulda bu ölkənin xarici işlər nazirinin xarici siyasət məsələləri üzrə alt katibi, səfir Klaudio Xavier Rozentsvaiq deyib.

O təmsil etdiyi hökumət adından ölkəmizin Müstəqillik Günü münasibətilə Azərbaycan Hökumətinə və xalqına təbriklərini çatdırıb.

İki ölkə arasında diplomatik münasibətlər haqqında danışan səfir Argentinanın Azərbaycan ilə əlaqələrə böyük önəm verdiyini və bu əlaqələrin daha da dərinləşdirilməsi üçün geniş imkanların olduğunu ifadə edib.

 

 

Xudaferin.eu

 

16:19