Onun adının önünə bütün titullarını, mükafatlarını, tutduğu vəzifələri saymağa gərək bilmirəm...
"Müğənni, xanəndə, onlarca peşəkar müğənnilərə müəllim, sözün əsil mənasında hər ifaçıya xas olmayan Böyük Şəxsiyyət, güclü yumor hissinə malik samballı, yaraşıqlı, tərbiyyəli, namuslu bir Azərbaycan Kişisi köçdü bu dünyadan" yazmaq kifayətdir...
Arif Bəy Ağdamın Sarıhacılı kəndində doğulub. Ağdamda Sarıhacılı kəndi var, birdə Sarcalı. Bəziləri bunu qarışdırır. Arif Bəy məhz Sarı Hacılıdandır.
Belə deyim var, deyərlər ki, müəllimini dostunu göstər deyim kimsən. Arif Babayev Seyid Şuşinskidən, Xan Şuşinskidən, Zülfü Adıgözəllidən sənətlə bərabər həmçinin səhnə və şəxsi mədəniyyət mənimsəyərək elə həmin sırada özünə əbədi yer qazanmışdı.
Arif Babayev özündən sonra elə bir mədəniyyət irsi qoyub gedib ki, bundan sonra onun həyat və yaradıcılığı haqqında monoqrafiyanın, dissertasiyaların, xatirələr toplularının nəşrinin şahidi olacağıq.
Nur içində yatın əsil Bəy qürurlu, Bəy davranışlı Arif Babayev. Allah Sizə rəhmət eləsin Qarabağımın Alicənab, Ləaxlı Oğlu.
Dərin hüznlə Elman Mustafazade
P.S. Yaxın günlərdə Arif Babayevlə bağlı bir xatirə yazacam...
Arif Babayev dünyamızdan köçüb getdi...

Xudaferin.eu
19:54
Digər xəbərlər