Avropada "Azərbaycanın Dostları" Cəmiyyəti bəyanat yaydı

Son günlər 2020-ci il noyabrın 10-da, Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin iştirakı ilə imzalanan üçtərəfli müqavilənin şərtlərini pozaraq, Ermənistan Azərbaycan sərhədlərində geniş miqyaslı təxribatlar törətmiş və nəticədə onlarla insan həyatını itirmişdir. Ermənilərin bu təxribatına dünya dövlətləri nəinki susqunluq nümayiş etdirirlər, hətta özünü və dövlət sərhəddini erməni quldurlarından qoruyan Azərbacanı günahkar elan edirlər. Bunu nəzərə alan Avropada fəaliyyət göstərən "Azərbaycanın Dostları" Cəmiyyəti dünya dövlətlərinin rəhbərlərinə ünvanlanmış bəyanat qəbul etmişdir.

Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin bəyanatı

"Azərbaycanın Dostları" Cəmiyyəti 1995-ci ildən Avropada fəaliyyət göstərir və daim Azərbaycanla Avropa ölkələri arasında səmimi dostluq və qardaşlıq yolunda çalışmışıq. Bu illər ərzində sülhpərvər və tərəqqipərvər Avropa ölkələrinin və xalqlarının bizim tarixi vətənimiz Azərbaycana və azərbaycanlılara qarşı olan səmimiyyətini görmüşük.

Azərbaycan multikultural dəyərlərə söykənən, əsrlər boyu birlikdə yaşayan çoxsaylı millətlərin özünəməxsus adət-ənənələrinə hörmətlə yanaşmışdır. Dinindən, dilindən, irqindən asılı olmayaraq, dinlərarası qardaşlıq prinsiplərinə sadiq qalan tolerant bir ölkədir.

Ancaq təəssüflə qeyd edirik ki, bəzi ölkələrin siyasi, dövlət və ictimai xadimləri Azərbaycan Respublikasına qarşı qərəzli mövqe sərgiləyirlər.

Hazirda dünyada yaşayan bütün azərbaycanlılar üçün ən çətin və həyəcanlı günlərdir. Bir milyondan çox qaçqını olan və ölkənin 20 faiz torpağı 30 il Ermənistanın işğalında olduğundan, bütün yaşayış məntəqələri erməni vandalları tərəfindən xarabazarlığa çevrilən Azərbaycan çox ciddi təhdidlər altındadır.

Burada haqq-ədalət prinsipləri kobud surətdə pozulur. Nəyə görə Avropanın nüfuzlu təşkilatları, insan haqlarını müdafiə edən institutlar bu cinayətlərə göz yumdu? Bu cür çirkin siyasi mövqe kimə lazımdır?

Ermənistanın hərbi-siyasi hakimiyyəti Azərbaycanda misli görünməmiş cinayətlər törədir. 1992- cil fevralın 25-dən 26-na keçən gecə erməni quldurları və Rusiyanın 366-cı atıcı diviziyası ilə birgə Azərbaycanın Xocalı şəhərində dinc sakinlərə qarşı həyata keçirdikləri soyqrıma dünya dövlətləri hələ də laqeyd yanaşırlar. Ermənilər 613 nəfəri bir gecədə, məhz azərbaycanlı olduğu üçün qətlə yetirmişlər.

30 il işğal etdikləri Qarabağ torpaqlarında sakinlərin evlərini, qəbrləri, məscidləri, tarixi maddi və mədəniyyət abidələrini darmadağın etmişlər. Bütün bu vəhşiliklərə baxmayaraq, başda Fransa, daha sonra İran, Rusiya və ABŞ olmaqla bir çox ölkələr məhz Azərbaycan hakimiyyətini nüfuzdan salmaq üçün sərt bəyanatlar verir, ermənilərin daha geniş miqyasda cinayətlər törətməsi üçün yeni imkanlar yaradırlar.

Ürək ağrısı ilə bütün tərəqqipərvər dünya ölkələrinə bəyan edirik ki, bu ilin sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan Respublikasının ordusu Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq, xaincəsinə hücuma keçmiş və onlarla hərbçi və dinc əhalini qətlə yetirmişlər.

Bu cinayəti əksər dünya dövlətləri səssiz və səmirsiz seyr edir, lakin Azərbaycan Ordusu adekvat cavab verən zaman dərhal Fransa, Rusiya, Amerika Birləşmiş Ştatları, İran və digər ölkələr rəsmi şəkildə etiraz səslərini ucaldırlar.

Çox qəribədir, uzun müddət biri-birinə düşmən münasibət bəsləyən Rusiya, Fransa, ABŞ və İran hakimiyyətləri, Azərbaycan, Türkiyə və eləcə də bütün Türk dünyasına qarşı düşmənçilik mövqeyində birləşməyə imkan tapırlar...

BMT- nin, 1992-93-cü illərdə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələri olduğu halda, adı çəkilən dövlətlər 30 il özlərini karlığa və korluğa vurmusdular. Qərbin yanaşmasından belə çıxır ki, Ermənistana başqa dövlətin ərazisini işğal etmək olar, Azərbaycan isə öz torpaqlarını işğaldan azad edə bilməz.

30 il işğalda saxladıqları Azərbaycanın Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubatlı, Kəlbəcər, Laçın, Şuşa və Xocalı ərazilərində qədim tarixi olan çoxsaylı kurqanlar, məzarlıqlar və müqəddəs yerlər ermənilər tərəfindən vəhşicəsinə dağıdılıb, məzarlar, türbələr, məscidlər və xanəgahlar üzərindəki daş kitabələr sındırılmış və tamamilə məhv edilmişdir. Orada olan 67 məsciddən 63-ü fundamentinə qədər sökülübdür.
Bu, nə vəhşilikdir!? Ermənilər müasir sivililizasiyanın hökm sürdüyü bir məkanda yaşayırlar, yoxsa hansısa ucqar cəngəlliklərdə?

2020 ildə 44 günlük müharibə zamanı Azərbaycan Ordusu 30 il işğalda olan oz doğma torpaqlarını azad etdi. Noyabrın 10-da Ermənistan, Azərbaycan və Rusiya arasında sülh müqaviləsi imzalanıb və bu müqavilə mütəmadi olaraq Ermənistan tərəfindən pozulur.

Dünyada erməni yalanlarına bizim qədər bələd olan ikinci ölkə yoxdur. Azərbaycan işğal edilmiş torpaqlarını erməni terrorçularından azad edən kimi, hamı atəşkəsin bərpasını tələb edir.Təbii ki, heç kəs müharibə istəməz. Halbuki, atəşkəs çağırışlarından əlavə, Ermənistana da “Azərbaycan ərazilərindən çəkil” çağırışı olmalıdır.

Tarixin ən qara səhifələrində yer tutan barbarlıq, soyqırım, vandalizm, faşizm kimi ən iyrənc cərəyanların hamısı erməni millətçilərində kök salıbdır. Belə bir rüsvayçı əməllər, insanlığa qarşı düşmənçilik ideyası dünya sivilizasiyasına utanc gətirir.

Bu gün başda Rusiya, Fransa və İran olmaqla, bəzi dünya dövlətləri Azərbaycana qarşı daim qeyri-obyektiv mövqe sərgiləyirlər. Belə qeyri-ciddi münasibət Qafqazda yeni müharibənin başlanmasına gətirib çıxaracaq.

Biz Avropada "Azərbaycanın Dostları" Cəmiyyəti olaraq, dini və irqi ayrı-seçkilik edən, Azərbaycanın haqlı mübarizəsinə qarşı qərəzli mövqe nümayiş etdirən başda Fransa Respublikası olmaqla, Rusiya Fedarasiyasını, Amerika Birləşmiş Ştatlarını, İranı eləcə də digər qeyri-obyektiv mövqe nümayiş etdirən ölkələri şiddətlə qınayırıq.

Maraqlıdır ki, məhz bu ölkələrin Azərbaynla iqtisadi və ticari əlaqələri həcmi 100 milyonlarla dolları keçir. Onu da nəzərə alaq ki, bu gün Avropa Rusiya qazından asılılığa son qoyub, Azərbaycan qazına üz tutur. Bəs onda adı çəkilən dövlətlərin bu ikiüzlülüyünə nə ad verək?

Ona görə də Avropada "Azərbaycanın Dostları" Cəmiyyəti olaraq, Azərbaycan hakimiyyətindən xahiş edirik ki, daim Azərbaycana qarşı düşmən mövqe nümayiş etdirən və digər dövlətləri də ölkəmizə qarşı düşmənçiliyə, ikiüzlülüyə sövq edən Fransa Respublikası ilə təcili, yubanmadan siyasi-iqtisadi, eləcə də diplomatik əlaqələrinə yenidən baxılsın.

2022-ci il sentyabrın 18-də Azərbaycanın Fransada və digər ölkələrdəki sfirliklərimizə ermənilərin basqın etməsi də Azərbaycana qarşı ikili standartlarla yanaşmasının nəticəsidir. Buna görə Azərbaycan dövlətinin Fransaya nota verməsi çox azdır. Demokratik prinsiplərə, beynəlxalq qanunlara arxa çevirərək, hər zaman ermənilərin dəstəkçisi rolunda çıxış edən Fransanın Azərbaycandakı bütün şirkətləri ölkəmizdən qovulmalı və hazırki diplomatik nümayəndələri Persona Non-Granta elan edilərək, qısa müddətə ölkədən çıxarılmalıdır.

Əgər qısa müddətə Fransa, Rusiya, ABŞ və İran dövlətləri təcavüzkar Ermənistanı dəstəkləməyi dayandırmasalar, onda Avropada və dünyada yaşayan azərbaycanlılar bu ölkələrin səfirlikləri qarşısında davamlı etiraz aksiyaları keçirəcəklər.

Avropada "Azərbaycanın Dostları" Cəmiyyəti (AADC) adından:
Elman Mustafazade Cəmiyyətinin sədri
Niderland Krallığı,

Təranə Zamanova-Musayeva AADC-nin
Amerika Birləşmiş Ştatlar nümayəndəsi

Səfər Sadiqi AADC-nin
Danimarka Krallığı nümayəndəsi

Emin Səlimov AADC-nin
Almaniya Respublikası nümayəndəsi

Maya Qurbanova AADC-nin
Gürcüstan Respublikası nümayəndəsi

Mirzə Ceyhun AADC-nin
Ukrayna Respublikası nümayəndəsi

Nazim Əliyev AADC-nin
Lehistan (Polşa) nümayəndəsi

Ruhəngiz Əşrəfova- Şuşalı AADC-nin
Azərbaycan Respublikası nümayəndəsi

Tahirə Məmmədov-Şuşalı AADC-nin
Azərbaycan Respublikası nümayəndəsi

Xəqani Ədəboğlu AADC-nin
Azərbaycan Respublikası nümayəndəsi

Asəf Əsgər AADC-nin Almaniya nümayənsi

Büsat Ismayil AADC-nin
Rusiya Fedarasiyası nümayəndəsi

Ramiz Dəniz AADC-nin fəxri üzvü

Ramiz Oğuz Şuşali AADC-nin fəxri üzvü

Yaqub Məmmədov AADC-nin
Niderland Krallığı nümayəndəsi

Şamil Şəkərəmli AADC-nin
Niderland Krallığı nümayəndəsi

Mehman Ismiyev AADC-nin Litva nümayəndəsi

və toplam 100 nəfərdən çox Cəmiyyətin fəalları.

21 sentyabr 2022-ci il.

Xudaferin.eu

09:28