Azərbaycan XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Səudiyyə Ərəbistanı Krallığını Milli Günü münasibətilə təbrik edib.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə XİN-in rəsmi tviter səhifəsində paylaşım edilib.

“Milli Günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının qardaş hökumətinə və xalqına ən xoş arzularımızı və səmimi təbriklərimizi çatdırırıq. Milli Gününüz mübarək, Səudiyyə Ərəbistanı!”, - deyə paylaşımda qeyd olunub.

Xudaferin.eu

16:53