AZƏRBAYCANDA BEYNƏLXALQ HÜQUQ BAZASININ YARADICISI — PROFESSOR MURTUZ ƏLƏSKƏROV.....

Azərbaycan hüquq elminin və parlamentarizminin tarixində silinməz iz qoymuş görkəmli alim və dövlət xadimi, beynəlxalq hüququn həqiqi professoru Murtuz Ələskərov ; milli hüquqi düşüncənin formalaşmasında müstəsna rol oynamış şəxsiyyətlərdən biridir.
Onun çoxşaxəli fəaliyyəti həm elmi müstəvidə, həm də dövlət idarəçiliyində Azərbaycanın müasir hüquq sisteminin əsaslarının möhkəmlənməsinə xidmət etmişdir.
1928-ci il sentyabrın 20-də Gəncə şəhərində anadan olan Murtuz Ələskərov orta təhsilini başa vurduqdan sonra 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş,
1950-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur.
1950–1953-cü illərdə SSRİ Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunda aspiranturada təhsil alaraq beynəlxalq hüquq sahəsində ixtisaslaşmağa başlamışdır.
1953-cü ildə hüquq elmləri üzrə namizədlik, 1968-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etməsi onun elmi axtarışlarının ardıcıllığını və dərinliyini təsdiqləmişdir.
1954-cü ildən ömrünün sonunadək Bakı Dövlət Universitetinin hüquq fakültəsində fəaliyyət göstərmiş, baş müəllim, dosent, professor, kafedra müdiri kimi məsul vəzifələr daşımışdır..
1993–1996-cı illərdə həmin universitetin rektoru olmuşdur.
Murtuz Ələskərov beynəlxalq hüquq sahəsində böyük nüfuz qazanmış, 200-dən artıq elmi əsərin, o cümlədən monoqrafiya, dərslik və dərs vəsaitlərinin müəllifi kimi Azərbaycan hüquq elmini zənginləşdirmişdir.
Onun əsərləri yalnız ölkə daxilində deyil, beynəlxalq elmi ictimaiyyət tərəfindən də maraqla qarşılanmışdır.
ABŞ, Böyük Britaniya, Fransa və Yaponiya kimi ölkələrdə keçirilən konfrans və simpoziumlarda iştirakı onun elmi nüfuzunun coğrafiyasını genişləndirmişdir.
Murtuz Ələskərov beynəlxalq hüququn dərinliklərinə bələd olan, bu sahəni yalnız tədris etməklə kifayətlənməyən, onu elmi baxımdan inkişaf etdirən əsl professor idi.
Murtuz Ələskərov müstəqil Azərbaycan dövlətinin formalaşması prosesində fəal iştirak etmişdir. I, II və III çağırış Milli Məclisin deputatı seçilmiş, 1996 və 2000-ci illərdə Milli Məclisin sədri olmuşdur. 1996-cı il oktyabrın 16-dan 2005-ci il dekabrın 2-dək parlamentə rəhbərlik edərək ölkədə parlament ənənələrinin formalaşmasına və inkişafına mühüm töhfələr vermişdir.
Onun fəaliyyəti dövründə Azərbaycanın hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılmış, müstəqil respublikanın ilk Konstitusiyasının hazırlanması prosesində yaxından iştirak etmişdir.
Bir çox qanun və normativ-hüquqi aktların işlənib hazırlanmasında bilavasitə rolu olmuşdur.
Hüquqi dövlət quruculuğu prinsiplərinin bərqərar edilməsində Murtuz Ələskərlvun elmi dünyagörüşü və təcrübəsi xüsusi əhəmiyyət kəsb etmişdir.
Yarım əsrdən artıq davam edən pedaqoji fəaliyyəti dövründə Murtuz Ələskərov yüzlərlə hüquqşünasın yetişməsində müstəsna rol oynamışdır. Onun rəhbərliyi altında çoxsaylı gənc alimlər elmi dərəcə almış, hüquq elminə yeni nəfəs gətirmişlər.
O, Kiyev Milli Universitetinin fəxri doktoru, Beynəlxalq Hüquq Assosiasiyasının və Azərbaycan Hüquqşünaslar İttifaqının üzvü idi. Rus və ingilis dillərini səlis bilməsi ; onun beynəlxalq elmi mühitə inteqrasiyasını daha da gücləndirmişdir.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi mürəkkəb dövrdə o, əsl vətəndaş mövqeyi nümayiş etdirərək ölkənin suverenliyi və ərazi bütövlüyü naminə qətiyyət göstərmişdir.
Yeni Azərbaycan Partiyasının təsis olunması və formalaşmasında fəal iştirak etmiş, ömrünün sonunadək partiya sədrinin müavini vəzifəsini daşımışdır.
Murtuz Ələskərov 7 avqust 2012-ci ildə Bakı şəhərində vəfat etmişdir.
O, yalnız nüfuzlu alim və dövlət xadimi kimi deyil, həm də ailə başçısı kimi cəmiyyətə nümunə olmuşdur. Üç övlad atası olan Murtuz Ələskərov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mügafizə orqanları ilə iş şöbəsinin müdürü, 1-ci dərəcəli dövlət müşaviri Fuad Ələsgərovun və Xəzər rayon prokuroru Fəxri Ələsgərovun atasıdır.
Murtuz Ələskərovun həyat yolu Azərbaycan hüquq tarixinin bütöv bir mərhələsini əhatə edir.
O, beynəlxalq hüququn yalnız nəzəriyyəçisi deyil, həm də onu dövlətçilik təcrübəsində tətbiq edən görkəmli alim idi. Azərbaycanın hüquqi dövlət kimi formalaşmasında Murtuz Ələskərlvun xidmətləri danılmazdır.
Onun elmi irsi, hüquqi düşüncəsi və dövlətçilik fəlsəfəsi -- milli hüquq məktəbinin təməli kimi yaşayır və gələcək nəsillərə örnək olur.

Müəllif " Qəvami Sadıqbəyli.
Xudaferin.eu
21:17