Azərbaycanda yol hərəkət qaydaları bərbad gündədir...

Heç kim məndən inciməsin, Bakıda sürücülərə tətbiq edilən cərimələri açığı deyimki dəstəkləyirəm. Qayda, qanun hamı üçündür və onu pozan hər kəs kimliyindən asılı olmayaraq məsuliyyət daşımalıdır.

Amma məsələ hələ sürücülərə tətbiq edilən bu cərimələrlə bitmir. Yersiz siqnal verənlərə də, piyada keçidində insanlara yol verməyənlər də, gecə-gündüz maşınından yüksək səslə musiqi səsləndirib insanların rahatlığını pozan,  xuliqanlıq edən avtoşlara da eyni dərəcədə sərt şəkildə cərimələr tətbiq edilməli, lazım olarsa hətta həps qəti imkan tədbiri tətbiq edilməlidir.

 Avtoxuliqanlardan və avtoşlardan maşınlar müsadirə edilib utilizasiyaya göndərilməli, özlərini isə ən azı 10 il sürücülükdən məhrum etmək lazımdır. 

Azərbaycanda piyada mədəniyyətinin halına ağlamağa yeddi bacı lazımdır hərəsini əlində də iki dəsmal...

İnciməyin Bakıda bir çox piyadalar mədəniyyətsidirlər. Ona görə ki, çoxlu piyadalar məsuliyyət hissini itiriblər.

Bakıda kifayət qədər piyada keçidi olduğu halda, piyadaların yolun istənilən qadağa yerindən keçir, vərdiş halını almış yaşıl işıqda yavaş-yavaş, qırmızı işıqda qaça-qaça keçirlər.

Ay vətəndaş! işıqforun qırmızı işığında yolu keçməklə  öz təhlükəsizliyinidə, eləcə də sürücüləri riskə atmaq normal hal deyil! Bu əslində cinayətdir.

Bəzən polislərin gözləri önündə piyadalar yol hərəkət qaydalarını pozurlar, daşdan səs çıxar, polisdən yox. Polisin işi sankı yalnız sürücüləri cərimələməkdən ibarətdir. 

Yol hərəkət qaydaları yalnız sükan arxasında oturanlar üçün deyil, küçədə hərəkət edən hər bir kəs üçündür.

Azərbaycanda qayda-qanunu pozanlara içtimayı qınaq yoxdur. Birdə görürsən eni-uzunu bir nənəmnehrə arvad, tutub körpə uşağın əlindən keçidi qoyib yaxınlıqda, qoşa xətli sürət yolundan nazlana-nazlana, burcuda-burcuda əda ilə yolu keçir. Bir adam etiraz eləmir. 

Bir adam istəmir bu mədəniyyətsiz, üfunət yuvasına etiraz eləsin ki, özün cəhənnəm, əlindən tutub apardığın o körpəyə yazığın gəlsin. Niyə o körpəni ölumun ağuşuna atırsan ay burnu-qulaqlı ayı?..

Bəlkə o körpə gələcəyin bir, alimididir, generalıdır, böyük dövlət xadimidir. Niyə onu havayı ölümə atırsan?.. Sənin lap…

Açığını deyim ki, hər dəfə Bakıya gələndə əsəblərim pozulur. Onun dərdindən Azərbaycana gələn kimi çıxıb gedirəm Şuşaya. Nə gözüm görsün, nə könlüm bulansın...

Hər halda Azərbaycanda yol hərəkət qaydalarında ciddi nizam-intizam lazımdır. 

Uşaqlara yol hərəkət qaydalarını uşaq bağcalarında, məktəbin ibtidai siniflərində öyrədilməlidir.  

Tv-lərdə uşaqlar üçün xüsusi proqramlarla yol hərəkət qaydalarını səhnəciklər şəklində təbliğ edilməlidir. 

Ümumiyyətlə Azərbaycan Tv-lərdə uşaq proqramlarına rast gəlmədim. Özəl Tv-lər də elə hey əxlaqsız "arvadları", ibnə "əmiləri" təbliğ edirlər, uçaqlar yada düşmür... 

Təssüflər olsun ki, Azərbaycanda uşaqlara dövlət səviyyəsində də qayğı görmədim...

Vallah inciməyin  gözünü yumub ağzını palaz kimi açıb səhərdən axsamacan "Komediyaxana", "Bu Şəhərdə"yə baxıb qəşş eləyib feyziyab olan millətin sabahından nikbin deyiləm...

Təhlükəsiz yol hərəkəti problemlərin yalnız cərimə ilə həll edilən deyil, qarşılıqlı məsuliyyət, ciddi və sərt intizam-intizam, qayda-qanun olmasa mümkün deyil. 

Qayda-qanun isə hamı üçün eyni tətbiq olmalıdır. İstər sürücü ol, istər piyada ol, istər məmur ol, istərsə də allahın bayıssıoğlu ol! Qanun qanundur. 

Qanun işləyəndə bundan qazanan bütün cəmiyyət olur...

Elman Mustafazade

Xudaferin.eu

14:01