Azərbaycandan gələn acı xəbərin üzüntüsün yaşayıram.
Bu gün (10.07.2025) Bakıda əfsanəvi qəhraman, hərbi jurnalist Qadın Bəniz (Gülbəniz Arif Qızı Əhmədova) Xanım, uzun sürən xəstəlikdən sonra gözlərini həyata əbədi yummuşdur.
Biz qürbətçilər onu Gülbəniz deyil, Bəniz deyə çağırardıq. Bəniz birinci Qarabağ müharibəsinin ən cəsur, ən fədakar, ölümün gözünə dik baxan hərbi jurnalistlərindən biri olmuşdu.
İllərlə orduda odun içindədən reportajlar hazırlayan, nəm cərgələrdə əsgərlərə bacı olan döyüşçü jurnalist Bənizə hətta veteran kitabçası belə vermədilər. O 80 manat veteran pensiyasınıda ona çox gördülər...
Birinci Qarabağ müharibəsindən sonra taleyini Amerikaya bağlayan Bəniz, orada Azərbaycan diasporuna misilsiz xidmətləri göstərmiş, Kaliforniyada ana dilimizdə tv verlişləri aparıcısı olmuşdu. Bəniz Qarabağla bağlı necə qiymətli kitab müəllifidir.
Xəstəliyi ilə bağlı Azərbaycana gəlmiş, Bakıda evdə ağır xəstə yatırdı.
Bəniz Xanımın Amerikada Azərbaycan mədəniyyətinin təbliğində misilsiz xidmətlərini nəzərə alib xəstə yatanda, Diaspor Komitəsindən bir nəfər olsun gəlib ona Allahın quruca "yasdığın yüngül olsun" deyəni belə olmadı...
Ancaq millətimizin dəyərli insanları istər Amerikada, istərsə Azərbaycanda Səni yalnız buraxmadılar, dayıma yanında oldular...
Allah sənə rəhmət versin həmişə üzü gülər, qəlbi qan ağlayan bacım Bəniz.
Sənin yaşadığın və Vətənə xidmət etdiyin şərəfli ömrün Vətənsevərlər soydaşların qəlbində əbədi yaşayacaq.
Kədər içində qardaşın və əqidədaşın;
Elman Mustafazadə

Xudaferin.eu
22:33
Digər xəbərlər