Azərbaycanın Avropa Şurasından çıxmaq niyyətindədir…

Azərbaycanın Avropa Şurasından çıxmaq niyyətini bəyan etməsi ilə bağlı səslənən fikirlər hər bir vicdanlı Azərbaycan ziyalısı kimi mənidə ciddi narahat edir... 

Əgər belə bir qərar həqiqətən qəbul edilərsə, bunun ölkəmizin beynəlxalq nüfuzuna, vətəndaşlarımızın hüquqları və gələcək inkişaf perspektivlərinə ciddi zərbə olardı. 

Belə həssas məsələlərdə emosiyalarla deyil, uzaqgörənlik və dövlət maraqları ilə hərəkət etmək vacibdir.

 İnanıram ki, dialoq, təmkin və qarşılıqlı anlaşma yolu ilə hər zaman qarşıdurmadan, umuküsüdən daha doğru yoldur.

Əlbəttə Avropa Şurası Azərbaycana qarşı dəfələrlə haqsız addımlar atıb, ancaq yenə səbrli davranmalıyıq. Elimizdə belə bir söz var, deyərlər "Allahın bir adıda səbirdir". Fövqəladə səbrli olmalıyıq. 

Vətənimizin və millətimizin gələcəyi hər birimiz üçün ən ali dəyərdir və bunu heç vaxt unutmamalıyıq. 

Ümid edirəm ki, atılacaq hər bir addım, veriləcək 
bütün qərarlar uzunmüddətli milli maraqlara söykənən, xalqımızın rifahı və ölkəmizin beynəlxalq nüfuzu nəzərə alınmaqla qəbul ediləcək.

Allah millətimizə yar və yardımçı olsun. 

Ulu Tanrı Azərbaycanı qorusun. 

Böyük hörmətlə:Elman Mustafazade 

Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri, Xudafərin (www.xudaferin.eu) jurnalının baş redaktoru.

Xudaferin.eu

12:09