Azərbaycanın müdafiə naziri Tbilisidə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib

Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 4-də Tbilisidəki Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət edib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, general-polkovnik Zakir Həsənov ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyub, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad edib.

Azərbaycanın müdafiə nazirini ölkəmizin Gürcüstandakı səfiri Faiq Quliyev və digər rəsmi şəxslər müşayiət ediblər.

Xətayi Əzizov

Xudaferin.eu

23:47