Azərbaycanın xarici işlər naziri Avstriyaya işgüzar səfərə yola düşüb

Yanvarın 18-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avstriyaya işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində nazir ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun Azərbaycanın sədrliyi ilə keçiriləcək açılış iclasında iştirak edəcək.

Səfər çərçivəsində, həmçinin ATƏT və Avstriya rəsmiləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.

Xudaferin.eu

15:47