Azərbaycanın xarici işlər naziri Rusiyaya işgüzar səfərə yola düşüb

Dekabrın 4-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüşünün keçirilməsi və ikitərəfli tədbirlərdə iştirakı nəzərdə tutulur.

Xudaferin.eu

23:20