Beynəlxalq Sistemologiya Akademiyası türkşünasların I Beynəlxalq sistemoloji Konqresində iştirak etmək istəyənləri dəvət edir.

Beynəlxalq Sistemologiya Akademiyası türkşünasların I Beynəlxalq sistemoloji Konqresində iştirak etmək istəyənləri dəvət edir.
Plenar iclas 26 mart 2022-ci ildə Bakıda keçiriləcək. Mövzu: “Türk sosial-iqtisadi və mədəni məkanının problem və perspektivləri”.
Plenar iclasa məruzələr 15 fevral 2022-ci il tarixindən gec olmayaraq aşağıdakı elektron ünvana göndərilməlidir: 1st.itsc@gmail.com
Məruzənın həcmi – 16 səhifədən ibarət olaraq istənilən dildə (formatA4; abzas – 2; 2; 2,5; 1,5; şrift – Times New Roman, 14; sətrlərarası interval-1,5), həmçinin 300 işarədən artiq olmayan həcmdə 2 rezüme daxil olmaqla: biri hər hansı bir ədəbi türkcədə, ikincisi isə beynəlxalq (ingilis, rus, alman, ispan) dillərdən birində olmalıdır.
Məruzəçilər tam şəkildə öz soyadını və adını, təmsil etdikləri təşkilatın tam və qısaldılmış adını, həmçinin onların şəxsiyyətini təsdiq edən sənədin (pasport) fotosunu da göstərməlidirlər.
Məruzələr Təşkilat Komitəsinin qərarı ilə ayrı-ayrı topluda elektron və ya çap və elektron formatda dərc ediləcək.
Təşkilat Komitəsi
P.S Konqresin digər tədbirləri barədə daha sonra xüsusi elanda məlumat veriləcək.

Xudaferin.eu

10:14