BİLİRDİNİZMİ – 10

...ki, Üzeyir Hacıbəyov 1910-cu ildə H.Z.Tağıyevin şərəfinə marş yazıb?

Həmin ilin dekabrında “Nicat” cəmiyyəti Bakıda teatr binasının tikilməsinin 30 illiyi ilə əlaqədar Tağıyev teatrında təntənəli tədbir təşkil edir. Teatrın əsasını qoyan H.Z.Tağıyevin qalxdığı pilləkan boyu düzülən “Nicat” cəmiyyətinin üzvləri onu alqışlarla qarşılayırlar. Hacı teatr sənəti sahəsində müsəlmanların inkişafı barədə xoş sözlər deyir, tədbir təşkilatçılarına təşəkkür edir.
Teatrda pərdə açılan kimi Üzeyir bəyin rəhbərlik etdiyi orkestr “General Tağıyev” marşını səsləndirir...
Niyə general? 
1907-ci ildə H.Z.Tağıyev Rusiya imperatorunun fərmanı ilə həqiqi mülki müşavir rütbəsinə layiq görülmüşdü.
Bu mülki rütbəyə layiq görülənlər orduda general-mayor, donanmada isə kontr-admiral rütbələrinə bərabər imtiyaz sahibi sayılırdılar...

01:20