BİLİRDİNİZMİ - 14

...ki, müharibədən sonra İ.Stalin neft çıxarılması naminə Xəzər dənizinin qurudulması barədə göstəriş verib?
 
Stalin SSRİ Daxili İşlər Nazirliyinin Hidroloji Qurğular Tikinitisi... İdarəsinin rəisi S.Juku yanına çağıraraq tapşırıq verir: Xəzər dənizini necə və hansı müddətdə qurutmaq barədə təklif və hesablamalar hazırlansın!
S.Juk ehtiyatla bunun mümkün olmayacağını dilə gətirsə də, dərhal hesablama aparmağa hazır olduğunu bildirir.
Bu söhbətdə iştirak edən A.Mikoyan yavaşca “Xəzər qurudulsa, biz xarici ölkələrə valyuta ilə satdığımız kürüdən məhrum olarıq”, - deyir.
Stalin: “Sən alverçi kimi danışırsan, bizə neft lazımdır!”
Sonra Stalin bu planın detallarını da açıqlayır: Volqa çayını Qazaxıstan çöllərinə yönəltmək, Kür çayının qarşısına bənd çəkmək, Xəzərə tökülən o biri çaylar barədə də fikirləşmək lazımdır ki, Xəzərə axmasınlar.
İki həftə vaxt verilir...
İki həftədən sonra S.Juk Stalinə məruzə edir: Volqanı Qazaxıstan çöllərinə yönəltmək üçün 4-5 il vaxt və 10 milyard rubl lazımdır. Ural çayının da qarşısını almaq olar, amma hara yönəltmək lazım gələcəyi bilinmir. Kürün qabağına bənd çəkmək çox baha başa gəlir...
S.Jukun son sözləri belə olur: “Bütün bu işləri görməyə vəsait ayrılsa, Xəzər dənizini yalnız 16-17 ilə qurutmaq olar...”
Stalin bir qədər fikrə gedir və... deyir:
- Aydındır... Dəyməz!
Bu material 1954-cü ildə SSRİ DTK-nin sədri təyin edilmiş İ.Serovun kitab-göndəliyi əsasında hazırlanıb.

21:27