Bir gözəlin acı taleyi və vicdansız həkimlər

Həkimlik olduqca çətin, həssas və müqəddəs peşədir. Bu peşənin sahiblərini sankı Allah seçib insan sağlamlığı üçün yerə qarant göndərib. 

Ancaq təssüf doğran odur ki, vicdanlı, mərhəmətli həkimlərlə yanaşı, vicdansız həkimlərdə var. Özüdə Azərbaycanda vicdansız həkilər daha çoxdur.

 Sovet vaxtı ciddi müalicə üçün azəbaycanlılar Rusiyaya və Gürcüstana, kasıbları isə Belarusa üz tutardılar...

 İndi isə oliqarx-məmurlarımız  Avropaya, otra təbəqə Türkiyəyə, kasıb xəstələrdə İrana üz tutarlar...

Azərbaycanda həkim səhlənkarlığına, həkim vicdansılığına görə heç kimi mühakimə etmirlər. Azərbaycan bəlkə də dünyada yeganə ölkədir ki, pul basıb bütün cinayətləri "Alın yazısı" deyib "Allahın ayağına" sənədləşdirilər...

Oturub bu qeydləri yazıram və Svetlananı düşünürəm, ürəyim parçalanır...

Svetlana mənim tələbə yoldaşım idi, paralel oxuduğumuz üçün bir çox dərslərimizi birlikdə keçərdilər. 

Bakıda ziyalı ailəsində böyümüş bu savadlı, mədəni, tərbiyəli, kübar qız, əslən Borçalıdan idi.
Bütün qrupumuz onun xətrini çox istiyərdi. Özüdə olduqca ciddi qız idi. İnstitutda onun dərdindən ölənlərdə az deyildi. 

Ancaq heç kimə könül vermədən dərsləri ilə məşğul olardı. Özüdə əlaçıydı. Onunla səmimi dostluq edərdik. Şəkil çəkdirməyi sevməsədə onun gözəlliyini əks etdirən fotoşəkillər az çəkməmişəm. Nədənsə aramızda doğmalıq vardı. 

Həmişə sözlərdə J hərfini işlədib mənimlə Qarabağ ləhcəsində sarafat edərdi. Mənə onun babasına bənzədiyin deyırdi və ulu babalarının Qarabağdan Borçalıya köç etdiyin söyləyərdi. Bəlkə elə buna görə aramızda səmimi dostluq vardı. 

İnstitutu bitirəndən sonra nişanlanır və toyunu gözləyir... Bir gün gecə kor bağırsağından pristup tutur və təcili xəstəxanaya çatdırırlar... Və... Və... Həkim naşılığının, vicdansılığının və məsuliyyətsizliyinin qurbanı olur bu nakam gözəl...

Bu acı xəbəri mühacirətimin ilk illəri dostlarım telefonda mənə çatdıranda uzun müddət özümə yer tapa bilmədim...

Əzizim Sveta! Nə vaxt, hansı ayın hansı günündə öldüyünü, harada, hansı qəbristanlıqda dəfn edildiyini belə bilmirəm. Bilseydim vətənə gələndə ziyarətə gələrdim...

Ancaq sən həmişə mənim qəlbimdə saf, dürüst, tərbiyyəli bir gözəl kimi yaşayırsan... O, kədərli baxışlarını isə illərdi unuda bilmirəm..

Nur içində yat gözəl Svetlana. Allah sənə rəhmət, vicdansız həkimlərə lənət eləsin. 

Dərin hüznlə dostun, tələbə yoldaşın;
 Elman Mustafazade 

P.S. Foto şəxsi arxivimdəndir.

Xudaferin.eu

05:03