Biz birlikdə güclüyük .

Hakim Yeni Azərbaycan Partiyası ( YAP ) mart ayının 5 də özünün növbədənkənar qurultayını keçirdi . Və iqtidarın apardığı siyasətə uyğun olmayan şəxsləri partiyanın yuxarı pillələrindən kənarlaşdırıb , " Veteranlar Şürası " nda yerləşdirdi .
Yeni və nisbətən gənc üzvlərini İdarə Heyətinə seçdi ( təyin etdi ) .
Niyətləri xalqa xidmət etmək olacaqsa , xeyirli olsun .
Qurultaydan sonra hökümətin atdığı ilk addımlar hələ ki , sevindiricidir . Belə ki : Azərbaycan və Macarıstan XİN ( Xarici İşlər Nazirliyi ) ri arasında bir çox məsələlərlə bağlı qarşılıqlı razılıq əldə edildi . Azərbaycanla Pakistan arasında imzalanan sənədlər də dövlətimizin güclənməsinə xidmət edir .
Lakin yaddan çıxartmaq olmaz ki : ölkəmizdə Rusiyaya , İrana , " Feto " ya , PKK ya isləyən qüvvələr hələ çoxdur . Onlar Rusiya " Sülhməramlılarının " Qarabağa gəlməsindən sonra daha da fəallaşıblar . Çünki əksəriyyəyinin həmin dövlətlərin hakim dairələrinin və xüsusi xidmət orqanlarının qarşısında müəyyən öhdəlikləri var .
Reallıq isə bundan ibarətdir ki , Azərbaycan , Türküyə və Pakistanın dostluğu , müttəfiqliyii bizi sevməyən dövlətlərin hökümətlərini , onlara bağlı olan terrorist , şovinist , imperialist dairələri ciddi narahat edir .
Ona görə də Ermənistanda Baş Nazir Paşinyanı devirib yerinə rusiya ajanlarından ( cəsuslarından ) birini gətirmək , bundan sonra Azərbaycana qarşı təzyiqləri artırmaq istəyirlər . Lakin siyasi ekspertlərin əksəriyyəti bildirir ki , Ermənistan ağır hərbi , siyasi , iqtisadi böhran içərisindədir .
Çünki Azərbaycanın zəkalı Generalları , cəsur zabutləri və qəhrəman əskərləri düşmən ordusuna sarsıdıcı zərbə vurdu . İşğal altında olan ərazilərimizin əksər hissəsini azad etdi . İndi düşmən ölkə bizim torpaqlarımızdan əvvglki kimi faydalana bilmir , İqtisadiyyatı günü gündən zəifləyir .
Həm də Ordumuz nəinki erməniləri , hətda onları 200 ( iki yüz ) ildir bizim üstümüzə qısqırdan rus generallarını da məyus etdi .
Özü də xalqımız bu qələbəni hərbiçilərimizə qarşı uzun müddət 5 ci kalon ( rusiyapərəst qünvvələr ) tərəfindən içəridən - arxadan vurulan zərbələrdən sonra sınmayaraq əldə etdi .
Belə ki , 2016 cı ildə aparılan aprel döyüşlərində igid əskərlərimiz Lələtəpə yüksəkliyini aldıqdan sonra çox irəliləmişdilər. O zaman qəhrəman hərbicilərimuz deyirmiş ki : dayandı yoxdu , Yeravana qədər gedəcəyik . Lakin müammalı şəkildə verillən " ƏMR" lə azad etdikləri ərazilərdən geri çəkilməye vadar edildilər .
Bundan qəzəblənən Rusiya öz emissarlarına xususi tapşırıqlar verdi . Ordumuzun içərisinə yerləşdirdiyi adamları vasitəsiylə hərbiçilərimizə qarşı amansız cinayətlər törətdi ..
2017 ci ildə analarımızın min bir əziyyətlə böyütdüyü övladlrına qarşı genosid həyata keçirildi . Tərtərdə 2000 ( iki min ) nəfərə yzxın əskər ve zabitimizə işgəncə verrildi . Onlarla hərbiçimiz yalandan " vətənə xəyanət " adı ilə şərlənərək ittiham olundu . Vəhşicəsinə döyülərək öldürüldü .
Bütün bu mərhumiyyətlərə baxmayaraq xalqımız Ordumuzun sınmasına imkan vermədi . Yetişdirdiyi igid övladları 44 gün ərzində düşmənin belini qırdı .
Prezident İ . Əliyev çıxışlarında bildirir ki : Ordumuzun möhkəmlənməsinə dövlət milyonlarla vəsait ayırır . Ancaq Tərtər hadisələrində istirak edən və möcüzə sayəsində sağ qalan hərbiçilərimizin dediyindən belə məlum olur ki , Ordumuzda yüksək postlar tutan bəzi komandirlər kazarmaları , yeməkxanaları , texnikanın təmirini zabitlərimizin şəxsi hesabına həyata keçirir . Zabitlərimiz bu " tapşırıqları " yerinə yetirmək üçün banklardan kredit ( borc, ) götürməyə məcbur olur .
Süal olunur : Dövlətin ayırdığı milyonlar hara və yaxud kimlərin cibinə axır ....?!
Ordumuzun saxlanmasına , gücləndirilməsinə məsul olan şəxslər hara baxır ....?!
Yaxşı ki , Böyük Xalqıq ! Bu qədər manelərə baxmayaraq hələ ayaqdayıq . İşğaldan azad olunmuş rayonlarımızı dirçəldəyimizə inanırıq .
Azad olunmus torpaqlarda bərpa islərini aparmaq üçün 409 xarici şirkət dövlətimizə müraciət edib .
Onlardan 104 ü ( 25 % ) - ticarət və xidmət , 93 ü ( 23 % ) - sənaye , 69 u ( 17 % ) - kənd təsərüfatı , 70 i ( 17 % ) - tikinti , 34 ü ( 8 % ) - turizm , 5 i ( 1,2 % ) - təhsil , 1 i ( 0 ,2 ) - nəqliyyat və 33 ü ( 8 ,5 % ) -- digər sahələrə aiddir .
Xarici ölkə şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizin bərpasına qoşulmaq istəyinin özü buzim QALİB dövlət olduğumuzun göstəricisidir . Heyif ki , bu sevinci rusiya " Sülhmərmlılarının " Qarabağda yerləşməsi azaldır .
Lakin ümüd edirik və innırıq ki , Rusiya hərbi qüvvələri Ölkəmizdən çıxarılacaq ;
Müharibə dövründə bizə mənəvi və siyasi cəhətdən dayaq olan qardaş Türküyə dövləti bu məsələnin həllində də yanımızda olacaq .
Son vaxtlar gələn məlumatlara görə xarici dövlətlər , ələlxus Rusiya xüsusi xidmət orqanları Azərbaycanda iğtişaslar törətməyi planlayır . Respublikamızda yaşayan az saylı millətlərin arasını vuraraq qarşıdurma yaratmaq və ölkəni içəridən bölmək istəyirlər .
Lakin unudurlar ki , bu millətlər : talışlar , ləzğilər , avarlar , tatlar , udinlər , türklər çoxdan bir - biri ilə qohumlaşıb , qaynayıb qarışıb doğmalaşıblar .
Bu millətlər 44 günlük 2 ci Qarabağ savaşında biir birinə arxa durdular . Qəhrəmancasına vuruşaraq hamımız üçün əziz olan Vətənimiz - Azərbaycanın işğal altında olan torpaqlarını düşmən taptağından azad etdilər . Hamımız əmin olduq ki , biz birlikdə güclüyük .
........... .. ..... ........... .........
Müəllif : Qəvami Sadıqbəyli
jurnalist - politoloq

Xudaferin.eu

23:29