Bolqarıstanlı deputatlar böyük Zəfərin ildönümü münasibətilə azərbaycanlı həmkarlarını təbrik ediblər

Bu günlərdə Milli Məclisə Bolqarıstan Respublikası Xalq Məclisinin Azərbaycanla dostluq qrupunun sədri Həmid Həmidin imzası ilə məktub daxil olub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Bolqarıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyevin adına ünvanlanmış məktubda azərbaycanlı deputatlara ölkəmizin Qarabağ uğrunda Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü münasibətilə səmimi qəlbdən təbriklər çatdırılır. Eyni zamanda, Azərbaycanın Ermənistan tərəfindən işğal edilən ərazisinə dəyən zərərin tezliklə aradan qaldırılması, regionda sülhün və əmin-amanlığın bərqərar olması arzusu ifadə edilir.

Təbrik məktubunda Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında bərpa və yenidənqurma işlərinin qısa zamanda başa çatması, bu yerlərdən didərgin düşmüş insanların öz doğma yurd-yuvalarına geri qayıtması istəyi əks olunub.

Xudaferin.eu

12:05