02 April 2021

Aprel döyüşləri Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm amil oldu

Aprel döyüşləri Azərbaycan dövlətinin və Ordusunun gücünü düşmənə göstərdi. Biz bu döyüşlərdə düşmənə başa saldıq ki, torpaqlarımızın itirilməsi ilə barışmayacağıq. Bir sözlə, Aprel döyüşləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm amil oldu.

​Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

Aprel zəfəri 44 günlük Vətən müharibəsindəki parlaq Qələbənin, torpaqlarımızın azad olunmasının və böyük qayıdış salnaməsinin başlanğıcı idi

Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən 5 il ötür. 2016-cı il Aprel döyüşləri zamanı düşmən təxribatının qarşısı uğurla alındı, uzun illərdir düşmən nəzarətində olan Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar azad olundu, ümumilikdə işğal altındakı ərazilərin 2000 hektardan çox hissəsi düşməndən təmizləndi.