03 April 2021

Şuşa ərazisində “İsgəndər-M” raketinin qalıqlarının tapılması dünya mediasında geniş əks-səda doğurub

Vətən müharibəsi dövründə Ermənistanın böyük dağıdıcı gücə malik “İsgəndər” raketindən istifadə etməsi ilə bağlı yayılan məlumatlar, bu raketin qalıqlarının martın 15-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşlarının işğaldan azad edilmiş Şuşa şəhərində və onun ətrafında həyata keçirdiyi minadan təmizləmə tədbirləri zamanı tapılması və onun Bakıda nümayiş etdirilməsi dünyanın aparıcı KİV-lərində geniş əks-səda doğurub.

Prezident İlham Əliyevin tapşırığına əsasən Şuşa şəhərində bərpa və yenidənqurma tədbirləri davam etdirilir

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzdən Xudaferin.eu AZƏRTAC-a istinadən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Şuşa şəhərində bərpa və yenidənqurma tədbirləri davam etdirilir.