Cavanşir Feyziyev: Avropa Parlamentinin üzvləri Ermənistanda revanşist meylləri stimullaşdırmaq əvəzinə, Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına çalışmalıdırlar
Ötən həftə Avropa Parlamentinin Fransadan olan üzvü, qurumun Təhlükəsizlik və müdafiə alt komitəsinin sədri Natali Luazo Fransanın “Croix” jurnalında “Dağlıq Qarabağ kilsələrini qoruyaq” sərlövhəli yazı ilə çıxış edib. Ardınca Ermənistan mətbuatında Avropa Parlamentinin Fransadan olan digər üzvü Fransua-Xavier Belaminin bu ölkəyə səfəri, Ermənistanın xarici işlər naziri, bütün ermənilərin katolikosu və digər şəxslərlə görüşləri ilə bağlı materiallar və verdiyi bəyanatlar tirajlandı.