08 April 2021

Milli Məclisin komitə iclasında Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

Aprelin 8-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, komitənin iclasında 4 məsələ müzakirə olunur. Gündəlikdəki ilk məsələ Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsidir.
İkinci məsələ Meşə, Əmək, Ailə, Cinayət, Vergi, Cinayət-Prosessual və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihəsidir.

Türkiyənin İƏT-dəki nümayəndəsi: Qarabağın işğaldan azad edilməsi bütün İslam dünyasının qələbəsidir

Qarabağ torpaqları işğaldan azad edilib. İşğaldan azad olunan bölgələrdə bu gün azan sədaları ucalır. Bu, bütün İslam dünyasının qələbəsidir. Çünki Qarabağ, eyni zamanda, İslam dünyasının bir parçasıdır.
Xudaferin.eu AZƏRTAC-a iatinadən xəbər verir ki, bu sözləri işğaldan azad olunmuş bölgələrə səfərin yekunlarına dair keçirilən mətbuat konfransında Türkiyə Respublikasının İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi Mehmet Metin Eker deyib.

Cibutili diplomat: Ağdama səfərimiz zamanı bu şəhərin tamamilə dağıdıldığını gördük

Ağdama səfərimiz zamanı şəhərin tamamilə dağıdıldığının şahidi olduq. Gəncədə isə müxtəlif raket atəşləri nəticəsində şəhərə dəymiş ziyanı öz gözlərimizlə gördük. İƏT olaraq işğaldan azad edilmiş bölgələrdə normal həyatın bərpası üçün Azərbaycan dövlətinə dəstəyimizi davam etdirəcəyik.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri işğaldan azad olunmuş bölgələrə səfərin yekunlarına dair keçirilən mətbuat konfransında Cibutinin Səudiyyə Ərəbistanındakı səfiri və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) yanında daimi nümayəndəsi Dya-Eddine Said Bamakhrama deyib.

Hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyətinin yüksəldilməsi üzrə praktiki tədbirlər keçirilir

Müdafiə nazirinin tapşırığına əsasən Şəxsi Heyət Baş İdarəsi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin psixoloqları tərəfindən qoşunlarda, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə şəxsi heyətlə görüşlər keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Xudaferin.eu AZƏRTAC-a istinadən bildiriblər ki, hərbi qulluqçularla keçirilən tədbirlərdə əsas diqqət hərbi kollektivlərdə mənəvi-psixoloji vəziyyətin və sosial problemlərin öyrənilməsinə, hüquq qaydaları və hərbi intizamın möhkəmləndirilməsi məsələlərinə yönəldilir.