09 April 2021

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı yeni mərhələdə

2017-ci il oktyabrın 31-də Azərbaycan ilə Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında imzalanmış Saziş bu il aprel ayının 5-də Türkiyə Prezidenti tərəfindən təsdiqlənib. Saziş hər iki ölkənin Müdafiə Sənayesi nazirlikləri arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur. Bu məqsədlə Sazişdə nəzərdə tutulmuş Birgə Komissiyanın yaradılmasına başlanıb.
Bunu Xudaferin.eu AZƏRTAC-a istinadən açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

Prezident İlham Əliyev: Bu gün biz dünyada vaksinlərin bölüşdürülməsində ədalətsizliyi aradan qaldırmağa çalışırıq

Bilirsiniz ki, biz COVID-lə bağlı bir neçə təşəbbüslə çıxış etdik. Türk Şurasının Zirvə görüşünü, Qoşulmama Hərəkatının Zirvə görüşünü keçirdik və COVID-lə bağlı BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsinə də nail olduq və sizin də böyük dəstəyiniz oldu.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkırı qəbul edərkən bildirib.

BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda səfərdə olan BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkır aprelin 9-da Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.
Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, Volkan Bozkır əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.