17 April 2021

ATƏT-in Minsk qrupunda kreativlik qıtlığı və ya Madrid prinsiplərinə rekviyem

Bu günlərdə ADA Universitetində keçirilmiş “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın iştirakçıları ilə Prezident İlham Əliyevin “sual-cavab” formatında görüşü həm görüş iştirakçılarının, həm də Azərbaycanda və xaricdə bu görüşü birbaşa efirdə, sonra isə lent yazısında diqqətlə izləyən geniş auditoriyanın yadında uzun müddət qalacaq.

Şərqi Avropa portalında “Minalar, Qarabağ və Ermənistanda böhran” adlı məqalə dərc olunub

“neweasterneurope.eu” portalında “Minalar, Qarabağ və Ermənistanda böhran” adlı məqalə dərc olunub.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, Kiyev-Mohyla Akademiyasının Milli Universitetinin professoru Taras Kuzianın qələmə aldığı məqalədə onun Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri, minalanmış sahələrin yaratdığı problem, münaqişədən sonra Azərbaycan və Ermənistan arasında mümkün əməkdaşlıq imkanları və digər mövzularda fikirləri əksini tapıb.