01 August 2021

Marmaris bölgəsindəki yanğınlar və ona qarşı mübarizə aparan Azərbaycan yanğınsöndürənlərinin fədakarlığı FOTOSESSİYA

Azərbaycan yanğınsöndürənləri Türkiyədə tüğyan edən meşə yanğınlarının söndürülməsində fədakarlıq göstərirlər.
AZƏRTAC-ın xüsusi müxbiri Türkiyənin Marmaris bölgəsindəki yanğınlar, onun fəsadları və Azərbaycan yanğınsöndürənlərinin qəhrəmanlığını əks etdirən fotolar çəkib. Həmin fotoları təqdim edirik.
Sabir Şahtaxtı

Türkiyənin Muğla vilayətində meşə yanğınları yaşayış məntəqələrinə yayılıb

Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda baş verən yanğınlar yaşayış bölgələrinə yayılıb. Bölgədə evlər boşaldılıb, əhali təxliyə edilir. Üç ev yanıb.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, iyulun 28-dən etibarən Türkiyənin müxtəlif bölgələrində tüğyan edən 107 yanğın nəzarət altına alınıb. Hazırda qardaş ölkənin iki vilayətinin beş fərqli bölgəsində yanğınlar hələ də davam edir.

Müdafiə Nazirliyi: Naxçıvan istiqamətindəki mövqelərimiz atəşə tutulub

Avqustun 1-i saat 03.45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.
Qarşı tərəf cavab atəşi ilə susdurulub. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Xudaferin.eu

ZƏNGƏZURU ermənilərə kimlər və necə "bağışladı"? - 98 İLLİK TARİX

Bu gün Zəngəzurun Ermənistana verilməsindən 98 il ötür. 1920-ci ilin 1 dekabrında Azərbaycanın Zəngəzur mahalının böyük hissəsi Moskva rəhbərliyinin qərarı ilə Ermənistana verildi. Bu mahalda məskunlaşanların böyük hissəsi azərbaycanlılar olub. Qafan, Gorus, Qarakilsə (Sisian), Mehri 149 türk, 9 kürd və 81 erməni kəndi var idi.

***

İşğalın başlanğıcı