02 August 2021

Daşkənddəki diasporumuzun iki üzvü Özbəkistanın “Dostluq” ordeninə layiq görülüb

Xalqlar Dostluğu Günü münasibətilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev millətlərarası dostluq və sabitliyin möhkəmlənməsində, milli mədəniyyətlərin, adət-ənənələrin qorunmasında və inkişafında, xarici dövlətlərlə mədəni-humanitar münasibətlərin yeni səviyyəyə qaldırılmasında, beynəlxalq aləmdə Özbəkistanın sülhsevər və humanist siyasətinin geniş təbliğində, gənc nəslin Vətənə sədaqət və məhəbbət ruhunda tərbiyə olunmasında xidmətlərinə görə istehsalat, elm, mədəniyyət, incəsənət xadimlərinə, azsaylı xalqların nümayəndələrinə ölkənin yüksək mükafatlarının verilməsi ilə bağlı Fərman imzal

Müdafiə Nazirliyi: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Avqustun 2-si saat 03:27 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.