01 October 2021

Riqa şəhərində Anım Gününə həsr olunmuş aksiya təşkil edilib

Latviyanın paytaxtı Riqa şəhərində Anım Gününə həsr olunmuş aksiya təşkil edilib.

​Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, aksiya Latviyada fəaliyyət göstərən “Azəri” gənclər təşkilatının sədri Amil Səlimovun təşəbbüsü ilə təşkil olunub.

Latviyada yaşayan soydaşlarımız ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini yad ediblər.

Vətən müharibəsinin xronikası: 1 oktyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

Azərbaycan ilə Tacikistan arasında bütün sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafı müzakirə olunub

Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov ilə ölkənin xarici işlər nazirinin müavini Sodik İmomi arasında görüş keçirilib.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, S.İmomi səfiri səmimi salamlayıb, ona yeni işində uğurlar arzulayıb və diplomatik fəaliyyəti dövründə Azərbaycanla Tacikistan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.