04 October 2021

Azərbaycanın müdafiə naziri Tbilisidə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib

Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 4-də Tbilisidəki Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət edib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, general-polkovnik Zakir Həsənov ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyub, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad edib.

Pol Qavan: Ağdama çatanda qorxunc mənzərə ilə qarşılaşdım

Ağdama çatanda qorxunc mənzərə ilə qarşılaşdım. Tamamilə məhv edilmiş bir şəhərlə üz-üzə gəldim. Orada hər şey dağıdılmış, heç nə qalmamışdı. Bir zamanlar 30 min insanın yaşadığı şəhər indi darmadağın edilib.

Bu fikri “Ermənistan və Azərbaycan arasında münaqişənin humanitar nəticələri”nə dair məruzənin müəllifi, parlamentari Pol Qavan AZƏRTAC-a müsahibəsində deyib.

Prezident İlham Əliyev: Suqovuşanın azad edilməsi strateji nöqteyi-nəzərdən çox böyük əhəmiyyət kəsb edirdi

Bir il bundan əvvəl, oktyabrın 3-də Suqovuşan qəsəbəsi işğaldan azad edildi. Bu, çox əlamətdar hadisə idi, müharibənin ilk günlərində strateji qəsəbəni işğaldan azad etmək böyük uğurumuz idi, böyük qələbəmiz idi. Bu qəsəbənin işğaldan azad edilməsi zamanı şəhidlərimiz, qazilərimiz oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralananlara şəfa versin.

Vətən müharibəsinin xronikası: 4 oktyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.