Çingiz Qənizadə: Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasi strategiya ermənilərin bütün yalanlarını ifşa etdi
Beynəlxalq təşkilatların, eləcə də, yerli ictimaiyyətin, o cümlədən siyasi partiya və QHT nümayəndələrinin, habelə əcnəbi jurnalistlərin Şuşaya və işğaldan azad edilmiş digər ərazilərə səfərləri zamanı bir daha aydın oldu ki, Ermənistan 30 il ərzində torpaqlarımıza, tarixi -mədəni, dini-mənəvi abidələrimizə və təbiətimizə qarşı vəhşilik törətmiş və işğal altında saxladığı ərazilərimizi yerlə- yeksan etmişdir. Bu vəhşilik, talançılıq və işğal əbədi ola bilməzdi.