15 October 2021

Müdafiə Nazirliyi: Qanunsuz erməni silahlıları tərəfindən növbəti təxribata cəhd göstərilib

Oktyabrın 15-də səhər saatlarında qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən mülki tibbi yardım maşınından istifadə etməklə Ağdərə istiqamətində bölmələrimizə qarşı növbəti terror-təxribat cəhdi qeydə alınıb.

Müdafiə Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hərbi qulluqçularımızın sayıqlığı və görülən tədbirlər nəticəsində bu cəhdin qarşısı alınıb və maşında hərəkət edən silahlılar geriyə dönməyə məcbur edilib.

Milli Məclisin sədri: Müstəqilliyimiz ən böyük sərvətimizdir

Azərbaycan bir əsrdə iki dəfə dövlət müstəqilliyini elan edib. Müstəqilliyi əldə etməklə bərabər, onu qoruyub saxlamaq lazımdır.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin payız sessiyasının oktyabrın 15-də keçirilən iclasında “Müstəqillik Günü haqqında” qanun layihəsinin müzakirələri zamanı deyib.

Vətən müharibəsinin xronikası: 15 oktyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

Müdafiə Nazirliyi vətəndaşlara müraciət edib

Azərbaycan Ordusunun bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının Seyfəli poliqonunda utilizasiyasını davam etdirir.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyindən məlumat verilib.

Nazirlik aparılan partlayış işləri ilə əlaqədar bir daha əhalini təşvişə düşməməyə çağırır və bildirir ki, narahatlığa heç bir əsas yoxdur.

Xudaferin.eu