05 January 2022

Fransa səfiri: Azərbaycan müsəlman dünyasının ən dərin dünyəvi dövlətlərindən biri kimi özünü təsdiqləyib

İnanıram ki, bu il həqiqətən də Azərbaycanla Fransa arasında münasibətlər üçün yaxşı il olacaqdır.

Azərbaycan ötən illə müqayisədə 2022-ci ilə yaxşı durumda daxil olur. Ermənistanla mümkün sülh perspektivi heç vaxt bu qədər inandırıcı olmayıb. Ölkə daxilində məcburi köçkün düşmüş insanların öz torpaqlarında yenidən məskunlaşdırılması layihəsi konkretləşir, neft və qazın qiyməti Azərbaycan üçün əlverişlidir, rəsmi Bakının böyük qonşuları və əsas xarici tərəfdaşları ilə münasibətləri xeyli yaxşıdır.

Gürcüstan qəzetində Azərbaycanın qazandığı uğurlar barədə məqalə dərc olunub

Gürcüstanın rəsmi “Sakartvelo Respublika” qəzetində “Azərbaycanın bu günü və inkişaf perspektivləri” adlı məqalə dərc olunub.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, gürcü dilində dərc olunan məqalənin müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri, siyasi şərhçi Mübariz Göyüşlüdür.

2022-ci ilin “Şuşa İli” elan edilməsi Azərbaycanın mədəniyyət paytaxtının dünyada tanıdılması baxımından çox önəmlidir

Prezident İlham Əliyevin 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində 2022-ci ili “Şuşa İli” elan etməsi xəbərinin sevinci hələ də davam edir. Bu tarixi xəbər həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından çox uzaqlarda minnətdarlıq və məmnunluqla müzakirə edilir, tezliklə bu il çərçivəsində keçiriləcək tədbirləri gözləyirlər.