08 January 2022

MN: Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonu istiqamətində mövqelərimizi atəşə tutub

Yanvarın 8-də saat 13:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətindən “AQS” və iriçaplı silahlardan istifadə etməklə Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərini atəşə tutub.

Politoloq: Prezident İlham Əliyevin xarici siyasət fəlsəfəsi bərabər, ədalətli, qarşılıqlı şəkildə yanaşmanı nəzərdə tutur

Müasir siyasi münasibətlər sistemində hər bir dövlət üçün onun beynəlxalq təşkilatlarla və dövlətlərlə əməkdaşlığı, münasibətləri olduqca vacibdir. Dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətlərlə yanaşı, ayrı-ayrı təşkilatlarla da həm siyasi, həm iqtisadi, həm də hərbi əməkdaşlıq trayektoriyasının düzgün qurulması ölkəmizin gələcək çağırışları dəf etməsi baxımından önəmli amillərdəndir. Son dövrlərdə dünyanın müxtəlif ölkələrində, eyni zamanda, MDB məkanında baş verənlər onu göstərir ki, həqiqətən də müasir xarici siyasət davranışında düzgün qərarvermə ciddi nüanslardandır.

Baş nazir Əli Əsədovla Türkiyənin vitse-prezidenti Fuad Oktay arasında telefon danışığı olub

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovla Türkiyə Respublikasının vitse-prezidenti Fuad Oktay arasında telefon danışığı olub.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, söhbət zamanı Azərbaycan–Türkiyə hökumətlərarası komissiyanın fəaliyyətinə dair məsələlər, iqtisadi əlaqələrin indiki vəziyyəti və gələcək planlar haqqında fikir mübadiləsi aparılıb.

Xudaferin.eu