12 January 2022

Azərbaycanın müdafiə naziri Rusiya sülhməramlılarının yeni komandanı ilə görüşüb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı general-mayor Andrey Volkov ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti müzakirə olunub.

“Şuşa İli” çərçivəsində “Vikipediya”da məqalələr yaradılır

“Vikipediya”nın xarici dil bölmələrində ölkəmizlə bağlı məqalələrin yaradılması, həmçinin digər məlumatların yeni faktlarla zənginləşdirilməsi və sayının artırılması prosesi sistemli şəkildə davam etdirilir. Bu istiqamətdə “Qorqud” Vikipediya Metodik Klubunun könüllüləri və ekspertləri Qülamhüseyn Məmmədov, Ayxan Zayıdzadə və Sübhan Xıdırzadə uğurla fəaliyyət göstərirlər.

Vəzir nəvəsinin tərs dövranı – 10 il öncə yazılan yazı

Bu yazı 10 il öncə yazılıb və bu gün 91 yaşında vəfat edən Əbdürrəhman Vəzirova həsr edilib. Vəzirov kim idi, nəçiydi, necə adam idi, nə istəyirdi, düşünürdü - əməkdaşımız Xalid Kazımlının qələmə aldığı bu yazıda onun şəxsiyyəti ilə bağlı epziodlar təsbitlər yer alıb. Məqaləni yenidən oxuculara təqdim edirik.

***