16 January 2022

Monteneqro parlamentinin sədri Azərbaycana səfərə gəlib

Yanvarın 16-da Monteneqro parlamentinin sədri Aleksa Beçiç ölkəmizə rəsmi səfərə gəlib.

​Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı Milli Məclis Sədrinin müavini Adil Əliyev, Monteneqro ilə parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun sədri İqbal Məmmədov, Monteneqronun Azərbaycandakı səfiri Perişa Kastratoviç və digər rəsmi şəxslər qarşılayıblar.