08 June 2022

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif edilib

Türkiyə Respublikasının siyasi xadimi, Türkiyə Respublikasının sabiq baş naziri, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırıma Azərbaycan ilə Türkiyə arasında dostluq, siyasi, iqtisadi və mədəni əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə “Azərbaycanım” beynəlxalq jurnalının təsis etdiyi “Azərbaycanın dostu” qızıl ordeni təqdim olunub.

ADA Universitetində Türkmənistan ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr edilmiş tədbir keçirilib

ADA Universitetində Türkmənistanın Azərbaycan Respublikasındakı səfirliyinin təşkilati dəstəyi ilə Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutu ilə ADA Universiteti arasında telekörpü keçirilib. Tədbir Türkmənistan ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunub.

Azərbaycan hərbçiləri Türkiyədə “Efes-2022” təlimində iştirak edir

Azərbaycan hərbçiləri Türkiyədə “Efes-2022” təlimində iştirak edir.

​Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi tviter hesabında paylaşım edib.

Qeyd olunub ki, təlimlərə Azərbaycan hərbçilərindən başqa Şimali Makedoniya və digər ölkələrdən olan hərbçilər də cəlb olunub.

Xudaferin.eu