09 June 2022

Azərbaycanın iştirakı ilə Türkiyədə keçirilən “Efes-2022” təlimləri başa çatıb

Türkiyədə keçirilən “Efes-2022” çoxmillətli hərbi təlimlər İzmir bölgəsində təşkil olunan “Yüksək səviyyəli müşahidəçi günü”nə aid iyunun 8-də və 9-da təşkil olunan mərhələlərlə başa çatıb.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin rəhbərlik etdikləri nümayəndə heyətinin də izlədiyi təlimlərin iyunun 9-da keçirilən sonuncu mərhələsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı və çıxışı ilə yekunlaşıb.

Səfir: ABŞ Azərbaycanla Ermənistan arasında vəziyyətin normallaşması prosesindəki təşəbbüsləri dəstəkləyir

Biz hazırda Avropa İttifaqının Azərbaycan və Ermənistan arasında vəziyyətin normallaşması proseslərində uğurlu olduğunu müşahidə edirik. ABŞ Avropa İttifaqının bu təşəbbüslərini dəstəkləyir.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri iyunun 9-da jurnalistlərlə keçirilən dəyirmi masada ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger deyib.

Azərbaycanda milli ideyanın yüksəlişi ulu öndər Heydər Əliyevin böyük vətənpərvərliyinin nəticəsidir

Müasir Azərbaycan tarixinin bütöv bir epoxası, önəmli bir mərhələsi ulu öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin 34 illik rəhbərliyi dövrü Azərbaycan tarixində ən önəmli inkişaf mərhələsi olmuşdur. Müstəqil ölkəmizin bugünkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir.

Örl Litzenberger: Azərbaycanın terrorizmlə mübarizəsi təqdirəlayiqdir

Azərbaycandakı vəzifəm bu yay bitir. Burada səfir olmaq çox xoşdur. Gələcəkdə də ölkələrimiz arasındakı əlaqələr etibarlı əllərdə olacaq.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri iyunun 9-da jurnalistlərlə keçirilən dəyirmi masada ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger söyləyib.
O, ABŞ-ın Cənubi Qafqazda suverenliyə dəstək göstərməyə hər zaman hazır olduğunu diqqətə çatdırıb.

İraq hökuməti Azərbaycan tərəfinə təşəkkür edib

Azərbaycanın İraqdakı səfirliyinin müvəqqəti işlər vəkili Nəsir Məmmədov İraqın Baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Qasım əl-Araci ilə görüşüb.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə qarşılıqlı əlaqələrin inkişaf perspektivləri müzakirə olunub. Tərəflər təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin zəruriliyini vurğulayıblar.
Qasım əl-Araci İraq hökuməti adından terror qruplaşmalarına qoşulan ailələrin uşaqlarını repatriasiya etdiyinə görə Azərbaycana təşəkkürünü bildirib.