13 June 2022

Azərbaycanın xarici işlər naziri Paraqvay Parlamentinin nümayəndə heyəti ilə görüşüb

İyunun 13-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Paraqvay Respublikasının Parlamentinin nümayəndə heyəti - Deputatlar Palatasının Xarici Əlaqələr Komissiyasının sədri, eyni zamanda, Paraqvay-Azərbaycan dostluq qrupunun rəhbəri Valter Enrike Harms Sespedes və Senatdakı Paraqvay-Azərbaycan dostluq qrupunun sədri Lukas Orlando Akino Xara ilə görüşüb.

Paraqvaylı parlamentarilər postmüharibə dövründə Azərbaycanın sülh təşəbbüslərini yüksək dəyərləndiriblər

İyunun 13-də Milli Məclisin deputatları Hikmət Məmmədov və Nəsib Məhəməliyev Paraqvay parlamentinin ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüblər.
Bu barədə AZƏRTAC-a Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

İtaliyalı tədqiqatçı: Azərbaycan Qarabağda yenidənqurma və bərpa işlərini müvəffəqiyyətlə yerinə yetirir

Azərbaycan işğaldan azad edilmiş Qarabağda yenidənqurma və bərpa işlərini müvəffəqiyyətlə yerinə yetirir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Roma Sapienza Universitetinin tədqiqatçısı, professor Daniel Pommier Vinçelli deyib.

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyi rəsmi qəbul təşkil edib

İyunun 12-də ölkəmizin Səudiyyə Ərəbistanındakı səfirliyi Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edib.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Ər-Riyad regionunun meri şahzadə Faysal bin Əbdüləziz bin Ayyaf, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi Katibliyinin müavini Əbdülməcid Al-Samari, krallıqda akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və hərbi attaşelər iştirak ediblər.