14 June 2022

15 iyun Azərbaycan dövlətini müstəqilliyini itirməkdən, Azərbaycan xalqını isə parçalanmaqdan qoruyan xilas günüdür

1991-ci ildə Sovet dövləti tarixinin qürubunu yaşayarkən ittifaq dövlətləri öz mütəqilliklərini elan etməyə hazırlaşırdı. Tarixinin Qanlı 20 yanvar kimi hüznlü, ancaq bir o qədər də qəhrəmanlıq dolu bir səhifəsini çevirmiş Azərbaycan da 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edərək öz müstəqilliyinin bərpa olunduğunu elan etmişdir.

Dövlətçilik tariximizin şanlı qürur səhifəsi

Əgər ulu öndər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ən yaxşı halda ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi.

Bu fikir Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadənin “Dövlətçilik tariximizin şanlı qürur səhifəsi” adlı məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Milli Qurtuluş Günündən başlayan tarixi Zəfər yolu

Artıq ikinci ildir ki, torpaqlarımızın məhz savaş meydanında işğaldan azad edilməsinin qürurunu yaşayırıq. Bu ali duyğu hər birimizə ona görə mənəvi rahatlıq gətirir ki, onu təkcə fərdi qaydada deyil, millət, xalq olaraq yaşayırıq. Son iki əsrdə ərazisi hissə-hissə işğal edilən və zaman-zaman deportasiyaya məruz qalan xalqımız üçün bu hissin milli-mənəvi əhəmiyyəti həm də ondadır ki, bəzi böyük dövlətlərin tarixən işğalçı Ermənistanın yanında yer almasına baxmayaraq, milli kimliyimizi, milli ləyaqətimizi qorumağa qadir olduğumuzu sübut etdik.