27 June 2022

Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun 11-ci sessiyası davam edir

İyunun 26-da Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun (WUF) “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyası işə başlayıb.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, BMT-nin Yaşayış Məskənləri Proqramı (UN-HABITAT) tərəfindən hər iki ildən bir surətli urbanizasiyanın yaratdığı problemlərə həsr olunmuş Ümumdünya Şəhər Forumu keçirilir. Ümumdünya Şəhər Forumunun 11-ci sessiyası iyunun 30-dək davam edəcək.

Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir

Altı ay bundan əvvəl, dekabrın 24-də birinci komando hərbi hissəsi azad edilmiş Hadrutda istifadəyə verilmişdir. Bu gün Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsini açırıq. Bu, onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir.