09 January 2023

Prezident İlham Əliyev: Hər il olduğu kimi, keçən il də Azərbaycan idmanı üçün uğurlu il olub

Hər il olduğu kimi, keçən il də Azərbaycan idmanı üçün uğurlu il olub. Bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr olunan tədbirdəki çıxışında söyləyib.

Antalyada Asiya Parlament Assambleyasının plenar sessiyası işə başlayıb

Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi parlament nümayəndə heyətinin iştirakı ilə Türkiyənin Antalya şəhərində Asiya Parlament Assambleyasının 13-cü plenar sessiyası işə başlayıb.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, Türkiyənin Dövlət Himninin səsləndirilməsi ilə rəsmi açılışı keçirilən sessiya “Dəyişən beynəlxalq dinamikada çoxtərəfliliyin təşviqi” mövzusunda təşkil olunub.

Antalyada Asiya Parlament Assambleyasının plenar sessiyası keçiriləcək

Türkiyənin Antalya şəhərində təşkil olunan Asiya Parlament Assambleyasının 13-cü plenar sessiyasına hazırlıq işləri başa çatıb.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, iclasda Azərbaycanı Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə parlament nümayəndə heyəti təmsil edəcək.
Nümayəndə heyətimiz Asiya Parlament Assambleyasının (APA) plenar sessiyasının gündəliyinə daxil olan məsələlərin müzakirəsində iştirak edəcək, Azərbaycan tərəfinin mövqeyini bildirəcək.