11 January 2023

Azərbaycan Prezidentinin telekanallara müsahibəsi Türkiyə mediasında geniş işıqlandırılıb

Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, qardaş ölkə mediası dövlətimizin başçısının müsahibəsindəki mühüm məqamları, o cümlədən Azərbaycanın inkişaf istiqamətləri, regional proseslər, perspektivdə olan yeni layihələr, dünyadakı ikili standartlar, Ermənistanla münasibətlər və sair mövzulara dair fikir və mülahizələrini fərqli başlıqlarla dünya ictimaiyyətinin diqqətinə təqdim edib.

D.Peskov: Qarabağa çoxmillətli missiyanın göndərilməsi dəfələrlə müzakirə olunub

İstənilən missiya Qarabağa Bakı və Yerevanın icazəsi ilə göndərilə bilər.
Xudaferin.eu AZƏRTAC xəbər verir ki, bu fikri jurnalistlərə açıqlamasında Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
O, Ermənistan baş naziri Nikol Paşinyanın Rusiyanın BMT-də Qarabağa çoxmillətli missiya göndərilməsi ilə bağlı təşəbbüs irəli sürməsi təklifinə münasibət bildirərək qeyd edib ki, bu mövzu dəfələrlə qaldırılıb, lakin çoxmillətli missiyanın göndərilməsi Azərbaycan və Ermənistanın razılığı ilə olmalıdır.

Fəridə Abdullayeva
Xudaferin.eu

Erməni sakinlərin “blokada”ya alınması barədə iddiaları tamamilə əsassızdır

Laçın yolunun Azərbaycan tərəfindən bağlanması nəticəsində erməni sakinlərin “blokada”ya alınması, bölgədə “humanitar fəlakət” yaranması barədə iddiaları tamamilə əsassızdır.
Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə telefon danışığında bildirib.

Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisi ilə Laçın-Xankəndi yolundakı vəziyyəti müzakirə edib

Yanvarın 10-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə danışıq zamanı tərəflər, iki ölkə arasında əməkdaşlıq gündəliyini və bölgədə cari vəziyyəti müzakirə ediblər.