15 January 2023

Laçın-Xankəndi yolu: dinc aksiya gecə saatlarında da davam edir

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, könüllü gənclərin Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası gecə saatlarında da yüksək əhval-ruhiyyədə davam edir.

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Azərbaycana səfərə dəvət olunub

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycana səfərə dəvət olunub.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 15-də Əbu-Dabidə Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşündə onu ölkəmizə səfərə dəvət edib.
Dəvət minnətdarlıqla qəbul olunub.
Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə sıx əməkdaşlıq həyata keçirildiyi bildirilib, bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.