16 January 2023

Prezident: “Masdar” ilə əməkdaşlıq Azərbaycanı çox mühüm yaşıl enerji mənbəyinə çevirəcək

Dünən “Masdar” ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 4 qiqavatlıq külək və günəş enerjisinin istehsalına dair razılaşma imzaladılar. Bu, hələ qısamüddətli layihədir. Ortamüddətli layihələr gücləri 10 qiqavata qədər artıracaq.

Qərbi Azərbaycan İcması Qayıdış Konsepsiyasının hazırlanması ilə bağlı ictimaiyyətə müraciət edib

Qərbi Azərbaycan İcması indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların beynəlxalq konvensiyalarda əks olunan geriyə qayıtmaq hüququ əsasında, sülh yolu ilə öz evlərinə qayıdışına dair konsepsiya (Qayıdış konsepsiyası) layihəsi üzərində işini davam etdirir.

Mətbuat Şurasının bəyanatı: Dünya mediası Laçın-Xankəndi yolundakı aksiyanı obyektiv işıqlandırsın

Azərbaycanlı fəalların və qeyri-hökumət təşkilatları təmsilçilərinin Laçın-Xankəndi yolunda keçirdikləri aksiyanın dünyanın bir sıra media vasitələrində təqdimatı cəmiyyətimizin müxtəlif təbəqələri kimi, ölkəmizin jurnalist ictimaiyyətinin nümayəndələrini də ciddi şəkildə narahat etməkdədir. Azərbaycan Mətbuat Şurası bildirir ki, bu təqdimatlar söz və ifadə azadlığının imkanlarından sui-istifadədir, qərəz və qeyri-obyektivlikdir.