25 January 2023

XİN: BMT-nin Əhali Fondunun Laçın yolu ətrafındakı vəziyyətlə bağlı qərəzli bəyanatı təəssüf doğurur

Yanvarın 24-də BMT-nin Əhali Fondunun Laçın yolu ətrafında yaranmış vəziyyətlə bağlı qərəzli, həqiqəti əks etdirməyən və təşkilatın mandatına aid olmayan məsələlərlə bağlı bəyanatı təəccüb və təəssüf doğurur.

AZƏRTAC xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin BMT-nin Əhali Fondunun Laçın yolu ətrafında yaranmış vəziyyətlə əlaqədar bəyanatına dair şərhində bildirilib.

Parlamentdə Qərbi azərbaycanlıların 100 illik deportasiyası ilə bağlı konfrans təşkil ediləcək

Parlamentdə “Qərbi azərbaycanlıların 100 illik deportasiyası - Vətən müharibəsindəki Qələbədən sonra Qərbi azərbaycanlıların hüquqları kontekstində” adlı konfransı keçiriləcək.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin 2023-cü ilin iş planına daxil edilib.

Laçın-Xankəndi yolu: Ekoaksiya 45 gündür davam edir

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası artıq 45 gündür davam edir.