26 January 2023

Azərbaycan Prezidenti: Cənub Qaz Dəhlizi bütöv bir regionun inkişafına töhfə verir

Cənub Qaz Dəhlizi ölkələrimizi birləşdirir və bütöv bir regionun inkişafına töhfə verir.

​Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 26-da Yunanıstan Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Xristos Kapodistriasın etimadnaməsini qəbul edərkən deyib.

AŞPA-da Azərbaycanda gender bərabərliyi sahəsində görülən işlərdən danışılıb

Azərbaycanda da gender əsaslı zorakılığa qarşı qanunlar qəbul edilib, milli siyasət və qabaqlayıcı tədbirlər həyata keçirilir. Bu prosesdə rəsmi qurumlarla yanaşı, qeyri-hökumət təşkilatları da fəal iştirak edirlər. Hələ XIX əsrdə Azərbaycan yazıçıları və pedaqoqları, daha dəqiq desək, kişi yazarlar gender bərabərliyi, gender zorakılığı, erkən nikahlar və onların fəsadları haqqında yazırdılar. Həmin yazıçılar gender bərabərliyinin təminatı kimi təhsilin vacibliyini vurğulayırdılar.

Deputat: Azərbaycanlı ekoloqlar Ermənistandan yataqlarımızın qeyri-leqal istismarına son qoyulmasını tələb edirlər

Silahlı münaqişələrin ətraf mühitə təsiri mövzusu Azərbaycan üçün son dövrlərdə prioritet məsələyə çevrilib. Azərbaycan ərazilərinin 30 il ərzində Ermənistan tərəfindən işğalı regionda ekoloji fəlakət yaradıb. İşğaldan əvvəl Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ekoloji cəhətdən zəngin olub. Münaqişədən əvvəl çəkilmiş şəkillər və həmin ərazilərin mövcud peyk görüntüləri Ermənistanın 30 il ərzində həyata keçirdiyi ekoloji təcavüzü aydın şəkildə göstərir.