30 January 2023

Azərbaycan-Macarıstan münasibətlərinin inkişafında yeni mərhələ

Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Macarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Macarıstan şimaldan Slovakiya, şimal-şərqdən Ukrayna, şimal-qərbdən Avstriya, şərqdən Rumıniya, cənubdan Serbiya, cənub-qərbdən Xorvatiya və qərbdən Sloveniya ilə həmsərhəddir. Təqribən 10 milyon nəfər əhalisi ilə Avropa İttifaqının üzvü olan orta ölçülü dövlətdir. Ölkənin rəsmi dili Ural dilləri ailəsinə aid olan macar dilidir. Macarıstanın paytaxtı və ən böyük şəhəri Budapeştdir.

Ərdoğan: Türk respublikaları ilə münasibətlərimizi ən yaxşı şəkildə davam etdiririk və etdirəcəyik

Türk respublikaları ilə əlaqələrimiz hər keçən gün daha da güclənir. Biz başda Azərbaycan olmaqla, heç bir ölkəni tək buraxmadıq və buraxmayacağıq.

Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gənclərlə görüşündə deyib.

Güneyli ünlü təmsil ustası

Güney Azərbaycan şeirini orijinal yaradıcılıq dəst-xətti ilə zənginləşdirən, poeziyaya yeni bir rəng, çalar qatan görkəmli şair Pərvin Etisaminin (1907-1941) adı ədəbiyyat tarixində gözəl təmsillər ustası kimi əbədiləşib. Azərbaycan əsilli şair “Sərxoş, lakin agah” adlı romantik şeirlər toplusu ilə böyük şöhrət qazanmış, öz şair mənini təsdiqləmişdir.

“Məclisi-üns"ün zərif ruhlu yetirməsi- Qənirə Paşayevanın yazısı

Azərbaycan şairi və dramaturqu Qəmərnisəbəyim XIX yüzilin sonu, XX yüzilin birinci qərinəsində yaşayıb-yaratmış, əsərlərini Qəmər Bəyim Şeyda imzası ilə yazmışdır. Bu imzanı ona qohumu Xurşidbanu Natəvan vermişdi. XIX yüzilliyin ikinci yarasında Şuşa şəhərində fəaliyyət göstərən “Məclisi-üns”ün xanım üzvləri arasında Qəmər bəyim Şeydanın özünəxas yeri vardı. Xurşidbanu Natəvanın xeyir-duası və himayəsi ilə ədəbi mühitdə tanınan Qəmər bəyim Şeyda (1881-1933) böyük bir nəslin nümayəndəsi idi.