03 May 2023

Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin fəaliyyətə başlaması tarixi hadisədir

Hər bir müstəqil ölkənin öz suveren ərazilərinə nəzarət etməsi üçün sərhəd-buraxılış məntəqəsinin olması zəruri hallardandır. O cümlədən Azərbaycanın da beynəlxalq səviyyədə tanınmış ərazilərini qoruması və qonşu respublikalarla sərhəddə nəzarət xidmətini yaratması beynəlxalq sənədlərə görə suveren hüququdur. Aprelin 23-də Həkəri çayı üzərindəki körpüdə Ermənistanla şərti sərhəddə nəzarət-buraxılış məntəqəsinin fəaliyyətə başlanması tarixi hadisədir və 30 illik istəyimizin reallaşmasıdır.

Jan-Mişel Brun: Azərbaycan regionda sabitliyin möhkəmləndirilməsi üçün mühüm ölkəyə çevrilib

“Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfrans böyük əhəmiyyət daşıyır. Azərbaycan bu regionda sabitliyinin möhkəmləndirilməsi üçün çox mühüm ölkəyə çevrilib.

Bunu AZƏRTAC-a müsahibəsində jurnalist Jan Mişel Brun söyləyib.

Azərbaycan-Türkiyə birliyinin gələcək inkişafı üçün geniş imkanlar mövcuddur

Dünyaya nümunə olan Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətlə inkişaf edir. Ölkələr arasında əməkdaşlığın dərinləşməsində qarşılıqlı səfərlər, imzalanan sənədlər əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyevin bu il qardaş Türkiyəyə hər üç səfəri münasibətlərdə yeni səhifə kimi dəyərləndirilir. Azərbaycan Prezidenti aprelin 29-da Türkiyəyə işgüzar səfəri zamanı qardaş ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ilə birgə “TEKNOFEST” aerokosmik və texnologiya festivalında iştirak etdilər. Bu, bir daha Azərbaycan-Türkiyə birliyinin dünyaya növbəti nümayişi oldu.

Prezident: Azərbaycan ilə Polşa arasında dostluq əlaqələri zəngin ənənələrə malikdir

Azərbaycan ilə Polşa arasındakı dostluq və əməkdaşlıq əlaqələri zəngin ənənələrə malikdir. Bu ənənələri özündə bariz şəkildə əks etdirən dövlətlərarası münasibətlərimizin hazırkı inkişaf səviyyəsi, siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığımız məmnunluq doğurur.