05 May 2023

MN: Ermənistan silahlı qüvvələri Laçında mühəndis işləri görən traktoru atəşə tutub

Mayın 5-i saat 12:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Laçın rayonu ərazisində, şərti sərhəddə yerləşən üzbəüz mövqelərimizdə mühəndis işləri görən traktoru atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən cavab tədbirləri görülüb.

XİN Azərbaycanın İrandakı dörd diplomatının “arzuolunmaz şəxs” elan edildiyini təsdiqləyib

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Azərbaycanın İrandakı səfirliyinin və Təbriz şəhərindəki baş konsulluğunun əməkdaşlarının İran tərəfindən arzuolunmaz şəxs elan edilməsi ilə bağlı yerli medianın sualına cavablandırıb.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, Ayxan Hacızadə mətbuatda bu günlərdə yayılmış sözügedən xəbərin yeni olmadığını deyib.

“Arabnews”: Azərbaycan sülhü və sabitliyi təmin etmək üçün nəzarət-buraxılış məntəqəsi qurub

Səudiyyə Ərəbistanının ingilis dilində nəşr edilən nüfuzlu “Arabnews” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Şahin Abdullayevin “Azərbaycan sülhü və sabitliyi təmin etmək üçün nəzarət-buraxılış məntəqəsi qurub” sərlövhəli geniş məqaləsi dərc edilib.