08 May 2023

Prezident İlham Əliyevin Əfv Sərəncamı onun mərhəmətli və humanist siyasətinin davamıdır

Ümumilikdə Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu siyasi kursun təməlini humanizm, insanpərvərlik təşkil edir. Məhz bu strategiyanın uğurlu nəticəsidir ki, Azərbaycan vətəndaşı bu gün tarixinin ən şanlı və şərəfli dövrünü yaşayır. Ulu Öndər hər zaman humanist dəyərlərə söykənərək verdiyi sərəncamlarla minlərlə vətəndaşımızı əfv edib. Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilən bu siyasət artıq ənənə halını alıb. Dövlətimizin başçısı bu humanist addımları ilə Azərbaycan vətəndaşına yüksək dəyər verir, hüquq və azadlıqlarını hər şeydən uca tutur.

Sadiq Qurbanov: Prezident İlham Əliyevin siyasəti daim humanizm prinsiplərinə əsaslanıb

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə özünün humanizmi və insanpərvərliyi ilə seçilib. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin də humanizm prinsiplərinə əsaslanması təsadüfi xarakter daşımır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sadiq Qurbanov deyib.

Ermənistan silahlı qüvvələri Laçın rayonunda Azərbaycana aid ekskavatoru atəşə tutub

Mayın 8-i saat 09:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Laçın rayonu ərazisində şərti sərhəddə ekskavatorumuzu atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb

Xudaferin.eu