11 May 2023

Müdafiə Nazirliyi: Ermənistan vəziyyəti daha da gərginləşdirir

Mayın 11-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri vəziyyəti daha da gərginləşdirərək Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutur.

​Xudaferin.eu AZƏRTAC-a istinadən Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülür.

Heydər Əliyev: Qərar, Qurucu və Azərbaycanlı

Bir siyasət adamının siyasi portretini yazmağın ilk şərti onun fəaliyyətini bir neçə cümlə ilə ifadə etməkdir. Bu mənada Heydər Əliyevin siyasi fəaliyyətinin xülasəsini səfir, professor Vilayət Quliyevin Heydər Əliyev haqqında yazdığı “Böyük insan haqqında xatirələr” kitabına istinadən ifadə etmək olar: “Azərbaycan Prezidenti siyasətin, sadəcə, mümkün olanı həyata keçirmək sənəti olduğunu hamıdan yaxşı bilirdi və yersiz illüziyalara qapılıb keçmişin həsrəti ilə yaşamaqdansa, mövcud reallığın imkanlarından xalq və dövlətçilik naminə maksimum yararlanmağa çalışırdı”.